AZ

Ən kinli bürclər: Diqqətli olun - heç nəyi unutmurlar

Bəzi insanlar inciklikləri asanlıqla unudur və yoluna davam edir, amma elə bürclər də var ki, onlar üçün ən kiçik konflikt belə ömürlük yaddaşda qalır. Astroloqlar artıq ən kinli bürclərin reytinqini tərtib ediblər, bəziləri sadəcə ara-sıra səhvləri xatırlayır, digərləri isə qisas saxlamaqda ustadır.

Bəs görəsən, hansı bürclər sizi heç vaxt bağışlamayacaq?

Milli.Az həmin beş bürcü təqdim edir:

5-ci yer: Şir

Şirlər diqqət mərkəzində olmağı və ətrafdakıların onlara hörmət etməsini sevirlər. Əgər kimsə onların ləyaqət hissini sarsıdarsa, bu hadisə uzun müddət yaddaşlarında qalacaq. Bağışlamış kimi görünsələr də, daxilən yaranan məyusluq asanlıqla silinmir. Onlar dərhal qisas almaz, amma təkrar qarşılaşdığınızda köhnə incikliyi mütləq xatırlayacaqlar.

4-cü yer: Xərçəng 

Xərçənglər emosional və həssasdırlar, yaddaşları isə ailə fotoalbomu kimidir - orada xoş anlarla yanaşı, incikliklər də yer alır. Xaricən sakit görünsələr də, daxildə uzun müddət inciklik daşıya bilirlər. İncidildiklərində, həmin insanlardan illərlə uzaq gəzə bilərlər və onlarla yaxınlaşmaq üçün böyük səylər lazım olacaq.

3-cü yer: Buğa 

Buğalar xüsusilə etibar məsələlərində bağışlamağa meylli deyillər. Onların inadkar və prinsipial təbiəti, barışığı demək olar ki, mümkünsüz edir. Susaraq hisslərini gizlətsələr də, haqsızlığın hər detalını yadda saxlayırlar. Eyni səhv bir daha təkrarlanarsa, Buğa tərəddüd etmədən münasibətə son qoya bilər.

2-ci yer: Oğlaq

Oğlaqlar praktik düşüncəli olsalar da, şəxsi ləyaqət və ədalət məsələlərində heç nəyi unutmurlar. Onların kini emosional deyil, soyuqqanlı və hesablanmış olur. Əgər bir Oğlaqın etibarını itirmisinizsə, onu geri qazanmaq demək olar ki, mümkün deyil. Onlar incikliyi unutmurlar, sadəcə vaxtı gələndə tədbir görürlər.

1-ci yer: Əqrəb

Əqrəblər qisas saxlamaqda əsl çempionlardır. Onlar hər bir jesti, sözü və intonasiyanı təhlil edirlər. Əgər xəyanət və ya ədalətsizlik hiss etsələr, ikinci şansa yer vermirlər. Əqrəblərin yaddaşı mükəmməldir, ədalət hissləri isə o qədər güclüdür ki, tarazlığı bərpa etmək üçün illərlə gözləyə bilərlər. Onlar kim tərəfindən və necə incidildiklərini unutmurlar - hətta 10 il keçsə belə, hər detalı xatırlayacaqlar.

Kənan
Milli.Az

Seçilən
1
7
milli.az

8Mənbələr