AZ

Böyük Britaniyada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxma halları artıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

London, 14 avqust, AZƏRTAC

Böyük Britaniyada qəfil hərarətə və oynaq ağrılarına səbəb olan, əsasən, Afrika və Cənubi Asiyada rast gəlinən ağcaqanad mənşəli virusa yoluxma hallarında əhəmiyyətli artım qeydə alınıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu ilin ilk altı ayında bu virusa 70-dən çox yoluxma halı təsdiqlənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çoxdur.

Ölkədə xəstəliyi, əsasən, Hindistan, Şri-Lanka və Mavriki adasına səyahət edənlərin yaydığı bildirilir. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi səyahət edənlərə ağcaqanad sancmalarına qarşı tədbir görməyi tövsiyə edib.

Qeyd edək ki, bu virus nadir hallarda ölümə səbəb olur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
azertag.az

4Mənbələr