AZ

Rusiyada hökumət binası dronla vuruldu

Belqorod vilayətinin hökumət binası yenidən pilotsuz təyyarə ilə vurulub.

Publika.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri PUA-lardan istifadə etməklə Belqorod vilayətinə hücumları davam etdirir. Kəndlərdən birində yerli sakin yaralanıb.

Qladkovun sözlərinə görə, regional hökumət binasına növbəti hücum edilib, pəncərələr sınıb, fasad zədələnib.

Bir yaşayış binasında eyvan yanıb, yanğın yanğınsöndürənlər tərəfindən tez bir zamanda söndürülüb. Qubernator vurğulayıb ki, yaxınlıqdakı yaşayış binasının bir neçə mərtəbəsinin şüşələri sındırılıb.

Seçilən
99
publika.az

1Mənbələr