AZ

Onlar marafona şəkil çəkdirmək üçün gəlirlər Nazir

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Gənclər və idman naziri kimi Bakıdakı qaçış marafonunda 21 km-lik məsafəni 3 dəfə qaçmışam".

Axar.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov ASAN TV-yə müsahibəsində açıqlama verib.

O bildirib ki, marafon qaçışlarının təhlili zamanı iştirakçılarla yanaşı, finişə çatanların sayı da çoxalır:

"Sirr deyil ki, 21 km-lik marafon qaçışına bəziləri şəkil çəkdirmək üçün gəlirlər. Artıq üçüncü dəfədir ki, bu məsafəni sonadək qaçıram. Qaçış zamanı dayanmağı xoşlamıram. Çünki tempim o qədər də yüksək deyil. Finişə neçənci çatdığımı xatırlamıram. Bunu sistemdə görmək olar. Amma sürətim o qədər də çox deyil. 3 saata qaçıram. Bu, bir qədər çox vaxt deməkdir. Əsas odur ki, qaçıram və finişə çatıram. İlk növbədə, özüm üçün".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
axar.az

4Mənbələr