BAKI, 14 avqust. TELEQRAF
“İran Prezidenti Məsud Pezeşkianın avqustun 19-da Ermənistana səfərində bir sıra ikitərəfli sənədlər imzalanacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Vaan Kostanyan İran KİV-ə müsahibəsində deyib.
“Prezident Pezeşkianın İrəvana səfərinə fəal hazırlaşırıq. İnanıram ki, bu tarixi və çoxdan gözlənilən səfər ölkələrimizin siyasi birliyini daha da möhkəmləndirəcək, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - nazir müavini qeyd edib.
M.Pezeşkianın səfəri çərçivəsində hansı sənədlərin imzalanacağı ilə bağlı suala V.Kostanyan belə cavab verib:
“İki ölkə arasında mühüm sənədlərin imzalanacağını gözləyirik, amma bəzi detalları hələlik məxfi saxlayırıq”.