
Xəzər dənizində yeni ada tapılıb. Alimlər bildiriblər ki, 2025-ci il ekspedisiyasının nəticələri, yəni bu yeni kəşf ərazidə qlobal istiləşmənin rolundan xəbər verir.
Reyting.az-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, həm də ilk dəfə 2023-cü ilin peyk görüntüləri Xəzər dənizində çox da böyük olmayan yeni, naməlum adanın ilkin əlamətlərini göstərmişdi. Məhz bundan sonra alimlər araşdırmalara başlayıb və tədqiqatçıların ekspedisiyası tapıntını təsdiqləyib.
Adanı tapmaq məqsədilə tədqiqatçılar qrupu uzunmüddətli elmi ekspedisiyalar keçirib və nəhayət alimlər kəşflərini bölüşməyə hazır olduqlarını bəyan ediblər.
Yeni kəşf olunan ada kiçik İncili adası yaxınlığında yerləşir və dəniz səviyyəsindən az yuxarıdadır. Adanın səthi kifayət qədər rütubətli, həmçinin qumla örtülüdür.
Rusiya Elmlər Akademiyasının P.P. Şirşov adına Okeanologiya İnstitutunun aparıcı elmi işçisi və dəniz tədqiqatçsısı Stepan Podolyakonun sözlərinə görə, yeni ərazi Xəzərin su səviyyəsinin enməsi fonunda yaranıb. Bu isə sübut edir ki, ada tamamilə iqlim dəyişiklikləri nəticəsində meydana çıxıb.
Podolyako onu da vurğulayıb ki,əslində, buxarlanmanın sürəti çox yüksək olanda, dənizin səviyyəsi bir o qədər aşağı düşür və nəticədə belə quru sahələr yaranır.
Hazırda alimlər adanın səthinə eniş edə bilməyiblər. S. Podolyako bildirib ki, ekspedisiyanın davamı ilin ikinci yarısına planlaşdırılıb. İşlər sona çatanda isə yeni adaya rəsmi ad verilməsi haqqında qərar qəbul ediləcək.
Oqtay QORÇU