Aktual.az xəbər verir ki, bu barədə İsrailin Meteorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ölkənin şimalındakı Safed şəhərində sutka ərzində temperatur 41,3 dərəcəyə qalxıb ki, bu da bu şəhərdə 1939-cu ildən bəri rekord göstərici olub.
Livanla sərhəddə yerləşən Eylonda temperatur 42,7 dərəcəyə qədər qalxıb ki, bu da tarixi maksimum hesab olunur. Ölkənin şimal bölgəsindəki Ayelet-ha-Şahar qəsəbəsində isə 46,8 dərəcə isti qeydə alınıb.
İsrailin ən yüksək temperatur İordan vadisində qeydə alınıb. Dünən Halqal qəsəbəsində 49.7 dərəcə isti olub ki, bu da tarixi rekorddur.
Ölkənin cənubunda, Qırmızı dəniz sahilindəki Eylat şəhərində 48.8 dərəcə temperatur qeydə alınıb.Şəhər çimərliklərində isə isti 51.1 dərəcəyə çatıb.