Daha əvvəl “Levski”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda - “Sabah”ın qonağı olacağı matçda 400 azarkeş tərəfindən dəstəklənəcəyini yazmışdıq. Bu mövzuyla bağlı yeni detallar üzə çıxıb.
“Football-plus.az” “sportal.bg”yə istinadla xəbər verir ki, “mavilər” “bayquşlar”dan aldığı 400 biletdən 300-nü sata bilib. Komandasına Masazırda dəstək olmaq istəyən bolqarıstanlılar artıq Bakıdadı. Onlardan bəziləri klubla birgə, bəziləri klubun vasitəsilə İstanbul üzərindən təyyarə ilə, bəziləri də şəxsi vəsaiti hesabına ölkəmizə təşrif buyurub.
Xatırladaq ki, “Sabah” – “Levski” matçı bu gün saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta