AZ

ABŞ ın Bakıdakı keçmiş səfirlərindən ÇAĞIRIŞ

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın Azərbaycandakı sabiq səfirləri Riçard Morniqstar və Robert Sekuta Donald Trampın administrasiyasına çağırış ediblər.

Onlar 8 avqustda Ağ Evdə baş tutmuş tarixi sammitdə qəbul edilən qərarların icrasının gecikdirilməməsinin və Cənubi Qafqaz regionunda ABŞ-ın daha fəal iştirak etməsinin vacibliyini vurğulayıblar.

Modern.az-ın məlumtına görə, onların birgə məqaləsi Vaşinqtondakı Atlantik Şurasının saytında dərc olunub.

Məqalədə səfirlər qeyd edirlər ki, Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan sülh bəyannaməsi regionda sülh, rifah və sabitlik üçün mühüm mərhələdir. Müəlliflər vurğulayırlar ki, ABŞ-ın rolu bu razılaşmanın hazırlanmasında həlledici olub və Vaşinqtonun növbəti mərhələlərdə iştirakı onun uğurlu ratifikasiyası və icrası üçün vacib olacaq.

Məqalədə qeyd edilir ki, Ağ Evdə keçirilən görüş və imzalanmış sənəd Rusiya, İran və digər regional oyunçular üçün “vacib siqnal” olub.

“İndi ABŞ regionda iqtisadi inkişafı təşviq edə, təklif olunan tranzit dəhlizinə nəzarət edə və üçüncü tərəflərin zərərli təsirlərinə qarşı dayanmaqla əsas oyunçuya çevrilə bilər”, - səfirlər yazırlar.

Onların fikrincə, Türkiyə artıq regionda balans yaradan və destruktiv müdaxilələrin qarşısını alan güc rolunu oynaya bilər. Müəlliflər bildirirlər ki, bu dəyişikliklər onların ABŞ-ın Bakıdakı diplomatik fəaliyyətləri dövründə hədəflədikləri yanaşmaya uyğundur.

Eks-səfirlər Ağ Evdə razılaşdırılan Zəngəzurdan keçəcək “Tramp Marşrutu” barədə də danışır. Onlar hesab edirlər ki, bu tranzit layihəsi həm region, həm də ABŞ üçün strateji önəm daşıyır və administrasiya onun reallaşdırılması üçün dərhal və aktiv şəkildə fəaliyyətə başlamalıdır.

Məqalədə qeyd olunur ki, ABŞ administrasiyası Dövlət Departamenti, Ticarət Nazirliyi, İnkişafın Maliyyələşdirilməsi Korporasiyası, Ticarət İnkişaf Agentliyi və digər strukturlar vasitəsilə Ermənistan və Azərbaycan hökumətləri, şirkətləri və ABŞ firmaları ilə birbaşa işləməlidir. Bu səmərəli koordinasiya olmadan tranzit layihələrinin uğuru və sülhün dayanıqlığı sual altında qala bilər.

Səfirlər əlavə edirlər ki, bu iş yalnız infrastruktur və siyasi razılaşmalarla yekunlaşmamalıdır. ABŞ hökuməti Ermənistan və Azərbaycan cəmiyyətləri ilə də işləməli, xalqlar arasında qarşılıqlı anlayış və əlaqələrin qurulmasına dəstək verməlidir. 40 ildən çox düşmənçilikdən sonra bu, sülhə gedən yolda vacib sosial mərhələdir.

Onların fikrincə, yeni dəhlizlərin kommersiya və geosiyasi potensialı yalnız regional və beynəlxalq əməkdaşlıqla mümkün olacaq. Bu baxımdan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi vacibdir. Məqalədə qeyd olunur ki, ABŞ 1990-cı illərdə Cənubi Qafqazda enerji boru kəmərlərinin inşasında oynadığı rolu təkrarlaya və bu təcrübəni yeni mərhələyə daşıya bilər.

“Vaşinqton bu dəfə də real liderlik göstərsə, regionda davamlı sülh və inkişaf üçün tarixi fürsəti reallaşdıra bilər”, - deyə Morniqstar və Sekuta məqalədə yekunlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
modern.az

4Mənbələr