AZ

Premyer Liqa: Açılış oyununu FIFA referisi idarə edəcək

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 1-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, mövsümün açılış oyununu FIFA referisi idarə edəcək. “Karvan”la “Qəbələ” arasında baş tutacaq matçın baş hakimi Əliyar Ağayev olacaq.

Premyer Liqa
1-ci tur

15 avqust

17:00. “Karvan” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.

16 avqust

17:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.

20:00. “Neftçi” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”.

17 avqust

20:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

19 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunun “Sabah” – “Qarabağ” görüşü təxirə salınıb. Bu qarşılaşmanın hansı tarixdə keçiriləcəyinə hələ rəsmi qərar verilməyib.

Seçilən
22
5
arena.az

6Mənbələr