AZ

Lənkəranda montyor ev sahibini döydü

Lənkəranda montyor elektrik xətti çəkdiyi evin sahibini döyüb.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Separadi kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əliyev (soyad şərtidir) kənd ərazisində fərdi əməklə məşğul olub. O, həmçinin kənd ərazisində santexnik və montyor kimi də fəaliyyət göstərib.

Kənd sakini Xaliq Eminov (soyad şərtidir) ona müraciət edərək evinə elektrik xətti çəkməsini xahiş edib. M.Əliyev əraziyə baxış keçirib və görəcəyi işə görə Xaliddən 200 manat Alacağını bildirib. Xalid ustanın təklifi ilə razılaşıb və Mikayıl evə elektrik xətti çəkməyə başlayıb. O, işi tam qurtardıqdan sonra Xalid ona gördüyü işə görə 100 manat zəhməthaqqı verib və bildirib ki, qalan 100 manatı da bir neçə gündən sonra verəcək. Mikayıl da onunla razılaşıb. Mikayıl həyətdən çıxarkən Xalid ondan daha bir xahiş edib. O bildirib ki, həyətin küçə hissəsinə də əlavə iki elektrik xətti çəkmək lazımdır və buna görə də o, Mikayıla əlavə ödəniş edəcək. Mikayıl bildirib ki, yaxın bir-iki gün ərzində gəlib həmin xətti də çəkəcək.

İki gündən sonra həmin evə gələn Mikayıl görüb ki, Xalid küçəyə elektrik xəttini çəkdirib. O, Xalidi çağırıb bu barədə soruşanda Xalid deyib ki, həmin xətti başqa ustaya çəkdirib.

Mikayıl etiraz etməyib və o, Xaliddən qalan 100 manat zəhmət haqqını tələb edib. Xalid həmin məbləğ üçün ondan bir müddət vaxt istəsə də, Mikayıl onunla razılaşmayıb və aralarında mübahisə yaranıb. Nəticədə Mikayıl Xalidi təpik və yumruq zərbələri ilə döyüb.

Hadisə yerinə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları gəliblər və faktla bağlı araşdırmalar başlanılıb.

Fakta görə cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
21
10
xezernews.az

10Mənbələr