AZ

Küçədə meyiti tapılan Kəramət Şükürovun dəfn yeri məlum oldu - AYB

BAKI, 14 avqust. TELEQRAF

Dünən küçədə meyiti tapılan şair Kəramət Şükürov sabah Masallıda dəfn olunacaq.

Bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar birliyinin Mətbuat Katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, mərhum son aylara qədər Türkiyədə yaşayırmış: "Kəramət Şükürov AYB-nin üzvü, istedadlı şair idi. Mən yaxınları ilə əlaqə saxladım, bildirdilər ki, ailəsi hazırda Türkiyədən gəlməyə hazırlaşır. O özü də son aylara qədər Türkiyədə yaşayıb. Yaxınlarının dediyinə görə, mərhum sabah Masallıda doğma kəndində, atasının yanında dəfn ediləcək".

Seçilən
24
teleqraf.com

1Mənbələr