AZ

Suriyada meşə yanğınları tüğyan edir

Suriyanın Hama və Laziqiyyə şəhərlərində üç gündür davam edən meşə yanğınları külək və çətin relyef şəraiti səbəbindən nəzarət altına alına bilmir. 

Bu barədə "Cebheinfo.az" Suriyanın SANA agentliyinə istinadən məlumat verir.

Bildirilib ki, hazırda Hamanın qərbində yerləşən Fakrou, Anab və Neba Ət-Tayib bölgələrində başlayan meşə yanğınları küləyin təsiri ilə geniş ərazilərə yayılıb. 

Alovların bəzi evlərə yaxınlaşması nəticəsində bölgədə yaşayan sakinlər təxliyə olunub.

Suriya Vilayət Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəetmə müdiri Əbdülqafi Keyyal son iki gündə baş verən yanğınları “son dərəcə təhlükəli” olaraq qiymətləndirib.

O, xüsusilə Deir Mama bölgəsindəki dağlıq ərazilərdə vəziyyətin kritik həddə çatdığını, coğrafi şəraitin müdaxiləni çətinləşdirdiyini bildirib:

“Dünən Vadi bölgəsində nəzarət təmin edildi, lakin bu gün Deir Mama bölgəsindək yanğının yayılmasının qarşısını almaq üçün bütün qüvvəmizi səfərbər etmişik”.

Suriya Mülki Müdafiə Qurumunun açıqlamasında bildirilib ki, Laziqiyyə və Hama şəhərlərində eyni vaxtda baş verən altı böyük meşə yanğınlarına müdaxilə edilib.

Açıqlamada külək, sərt relyef və isti hava kimi amillərin yanğınsöndürmə işlərinə mənfi təsir etdiyi, yerli əhalinin də işlərə dəstək verdiyi qeyd olunub.

Seçilən
37
cebheinfo.az

1Mənbələr