Serbiyada kütləvi etirazlar başlayıb.
Publika.az xəbər verir ki, Novi Sad şəhərində etirazçılar hakim partiyanın qərargahını dağıdıblar.
Serbiya prezidenti Aleksandar Vuçiç iğtişaşlar zamanı 60-dan çox adamın yaralandığını bildirib.
Belqrad və Novi Sadda etirazçılar polisə hücum ediblər. Yerli sakinlər təhlükəsizlik qüvvələrinin kordonlarını yarıb və maskalı və əllərində dəyənəklə çıxan naməlum şəxslərlə toqquşub.