AZ

“ABŞ Rusiyanı razı salmağa çalışacaq” -Tramp-Putin görüşünə TÜRKİYƏDƏN BAXIŞ

Avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində ABŞ və Rusiya prezidentləri arasında görüş baş tutacaq.

Görüşün əsas mövzularından biri Ukrayna məsələsidir.

Hər iki tərəf mövqelərini və prioritetlərini açıqlayıb. Bu görüşdən nəticələrin nələr olacağı barədə isə hələlik dəqiq məlumat yoxdur.

Bəs, bu görüşdən hansı nəticələr gözlənilə bilər?

Mövzu ilə bağlı  Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Türkiyəli politoloq Həsən Oqtay bidirib ki, Tramp-Putin görüşündən Ukrayna ilə bağlı böyük nəticələr gözləmək olmaz:

“Rusiya Ukraynanın NATO-ya üzvlüyünə tamamilə qarşı olduğunu bəyan edib, buna görə də Ukrayna NATO və ya Avropa Birliyinə daxil olmayacaq. Rusiya qarşısında ciddi çətinliklər yaranacaq, ABŞ isə Rusiyanı Ukraynada sülh əldə etməyə razı salmağa çalışacaq.

Rusiya öz iddialarını ilk gündən davam etdirir. Hazırda işğal etdiyi dörd ərazidən ikisini əlində saxlayır, digər ikisi üçün isə atəşkəs elan edilməsini müzakirə edir. Bu isə çətin ki, Ukrayna tərəfindən qəbul edilsin”.

Politoloq vurğulayıb ki, ABŞ bu məsələləri Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlər kontekstində qiymətləndirərək, dünya siyasəti ilə bağlı daha geniş müzakirələr aparmaq niyyətindədir:

“Bu, əslində Rusiyanın xeyrinə olar. Lakin bu görüşdə Ukraynada daimi atəşkəsə nail olmaq çox az realdır. Nəticədə, İstanbulda atəşkəs və sülh sazişi imzalanmalıdır. Türkiyə isə Rusiyanın işğal etdiyi Krım ərazisinə təsir hüququnu qorumaq istəyir, çünki Krım Türkiyə üçün son dərəcə əhəmiyyətlidir”.

 

Şəbnəm Rəhimova


Seçilən
11
1
azia.az

2Mənbələr