AZ

Məmməd İsmayılın vəziyyəti necədir? – Qızı AÇIQLADI

"Atam "Liv Bona Dea Hospital"ın reanimasiya şöbəsindən palataya köçürülüb".

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a şair, professor Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib.

O qeyd edib ki, M.İsmayılın vəziyyəti stabildir.

Qeyd edək ki, Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. O uzun müddət Azərbaycan Dövlət Televiziyasında, "Cəfər Cabbarlı adına Azərbaycanfilm" studiyasında, "Yazıçı", "İşıq" nəşriyyatlarında çalışıb, 1988-90-cı illərdə "Gənclik-Molodost" jurnalının baş redaktoru olub. Türkiyənin Çanaqqala şəhərində yerləşən On Səkkiz Mart Universitetinin professorudur. Onun Azərbaycan və türk dillərində 50-yə yaxın kitabı çap olunub.

Seçilən
5
far.az

1Mənbələr