AZ

Levski Sabah la oyuna ciddi itki ilə çıxacaq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bolqarıstanın "Levski" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"la Bakıda keçiriləcək cavab matçına itki ilə çıxacaq.

Oxu.Az xəbər verir ki, Sofiya təmsilçisinin malili hücumçusu Mustafa Sanqare Masazırda baş tutacaq oyunda iştirak edə bilməyəcək.

26 yaşlı futbolçunun əzələsində zədəsi aşkarlanıb. Onun meydana nə vaxt dönəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Bolqarıstanda keçirilmiş ilk qarşılaşmada "Levski" 1:0 hesabı ilə qalib gəlib. Cavab oyunu bu gün saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
oxu.az

1Mənbələr