AZ

15 yaşlı qızla münasibətdə olan şəxs həbs edildi - Ekspertiza maraqlı faktı ortaya çıxardı  

2010-cu il təvəllüdlü qızla zorla cinsi münasibətdə olmaqda ittiham olunan 1996-cı il təvəllüdlü şəxs həbs edilib. Hadisənin maraqlı təfərrüatları üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, Sərxanla Ləman internet üzərindən “Weplay” oyunu oynayarkən tanış olublar. Sərxan Bakıda Ləman isə Goranboyda yaşayırmış. Tanışlıqdan sonra onların bir-birindən xoşu gəlib və bir müddət də telefon vasitəsi ilə görüntülü danışıblar. Sonra görüşmək qərarına gəliblər. Sərxan Goranboya gedərək Ləmanla görüşüb. Bir müddət sonra ikinci görüş zamanı onlar cinsi münasibətdə olublar. Sərxan növbəti dəfə Goranboya gedərək Ləmanla görüşüb və onlar yenidən kolluq ərazidə cinsi münasibətdə olublar.
 
Sərxan deyir ki, Ləmanı sevdiyi üçün onunla evlənmək qərarına gəlib. Bu məqsədlə onunla birlikdə qaçmağı təklif edib. Ləman onunla razılaşaraq Bakıya gəlib. Lakin Sərxanın ailəsi qız qaçırılması məsələsinə razılıq verməyiblər. Sərxan Ləmanı nənəsnin evinə aparsa da o da qəbul etməyib. Sərxanla Ləman gecəni blokun pilləkanlarında yatıblar. Bir neçə gün birlikdə Bakıda gəziblər.
 
Bu məsələdən xəbər tutan Ləmanın ailəsi polisə müraciət edib. Ləman ifadəsində deyib ki, Sərxan onunla zorla cinsi münasibətdə olub, onu Bakıya zorla qaçırıb. Lakin Sərxana qarşı adam oğurluğu maddəsi ilə ittiham irəli sürülməyib. Sərxan yalnız 16 yaşına çatmayan qızla cinsi münasibətdə olduğu üçün məsuliyyətə cəlb edilib.
 
Ekspertiza rəylərində Ləmanın yalan danışmağa meylli olması ilə bağlı da rəy yer alıb. Həm də onun zorla qaçırılması ilə bağlı dedikləri istintaq orqanı və məhkəmə tərəfindən həqiqət kimi qəbul edilməyib.
 
Ləman nümayəndə ilə dindirilən zaman Sərxandan şikayətçi olduğunu və ona ən ağır şəkildə cəza verilməsini istəyib.
 
Sərxan isə son sözündə əməlindən peşman olduğunu deyib. Bildirib ki, Ləmanla könüllü şəkildə münasibətdə olub, onun istəyi ilə Goranboya gedib və onun istəyi ilə də birlikdə Bakıya qaçıblar. Sərxan barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.
 
Məhkəmənin hökmü ilə Sərxan 2 il müddətinə azadlıqdan məhrum edilib.
Seçilən
11
moderator.az

1Mənbələr