Ermənistanın daxili işlər naziri Arpine Sarkisyana 125 min dollar dəyərində yeni xidməti avtomobil veriləcək.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib.
Bu addım əvvəlki xidməti avtomobilin artıq köhnəlməsi və texniki xidmətin əlavə xərclərə səbəb olması ilə izah edilir.