AZ

Biləsuvarda qaz xətti zədələnib, iki kənd qazsız qalıb 

Biləsuvar rayonunda qaz xətti zədələnib, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndləri qazsız qalıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Su İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.

Seçilən
6
25
report.az

10Mənbələr