AZ

Rüşvət ittihamı: Perunun keçmiş prezidenti həbs edildi

Rüşvət

Peru məhkəməsi ölkənin keçmiş prezidenti Martin Viskarranı beş aylıq həbsə məhkum edib. Onu suvarma layihələri və xəstəxana tikintisi zamanı rüşvət almaqda ittiham edirlər. Bu barədə Peru Baş Prokurorluğu X sosial şəbəkəsində məlumat yayıb.“Mokegua regional hökumətinin sədri olduğu dövrdə Lomas-de-Ilo layihələri və Mokegua regional xəstəxanasının genişləndirilməsi çərçivəsində passiv rüşvət almaqda təqsirləndirilən Martin Alberto Viskarra Korneho üçün prokuror beş aylıq həbs qətimkan tədbirinin tətbiq olunmasını təmin edib,” – məlumatda belə deyilir.Onu istintaq müddətində həbsxanaya yerləşdiriblər. Müdafiə tərəfi qərarı apellyasiya edəcək.İttihama görə, keçmiş prezident podratçı şirkətlərə tikinti müqavilələri əldə etmələrinə kömək etmiş və qarşılığında yüz minlərlə dollar məbləğində qanunsuz ödənişlər almış ola bilər. Bundan əlavə, prokurorluq iddia edir ki, Viskarra seçki kampaniyasını saxta səfər hesabatları vasitəsilə gizlədə bilərmiş.Ulusum.az

Diqqət Çəkənlər

Qışa hazırlıq: Bilənlər bilir…

CNN Putinlə Trampın görüşünün dəqiq yerini öyrənib

Evinizin ətrafında bayquş görsəniz - SEVİNİN

Seçilən
2
ulusum.az

1Mənbələr