AZ

Tarixin canlandığı, gələcəyin qurulduğu ocaq - Bəylik kəndi

Bakı, 14 avqust, AZƏRTAC

Laçın rayonun Bəylik kəndi də Böyük Qayıdışın simvollarından birinə çevrilir. Bu, torpağın sahiblərinin doğma yurda dönüşüdür. Otuz üç illik sükutdan sonra Bəylik kəndi yenidən doğma sakinlərinin səsi ilə oyanır.

Prezident İlham Əliyevin təsdiq etdiyi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində tikilən Bəylik kəndi müasir yaşayış məntəqəsidir. Burada hər evdən ətrafa - dağlara, yamaclara sakinlərin xoş səs-sədaları yayılır. Onlar öz doğma ocaqlarının istisində gələcəyə yeni ümidlərlə addımlayırlar.

AZƏRTAC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən kənd sakinlərinin iştirakı ilə keçirilmiş flaşmobun videoçarxını təqdim edir: https://www.youtube.com/watch?v=-BAIupkVUFQ

 

 

Seçilən
11
5
azertag.az

6Mənbələr