AZ

"80 dəqiqə boyunca rəqibi tam nəzarət altında saxladıq, amma..."

"Tottenhem"in baş məşqçisi Tomas Frank, komandasının 2025-ci il UEFA Superkuboku finalında Fransanın PSJ-ə (2:2, 3:4 pen.) məğlub olmasından sonra fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb.

"Bu, dünyanın ən güclü komandalarından biri ilə — bəlkə də, ən güclüsü ilə — çox yaxşı oyun çıxardığımız bir matç oldu. Təxminən 80 dəqiqə boyunca rəqibi tam nəzarət altında saxladıq, amma 2:1 hesabı ilə sona yaxın vəziyyət dəyişdi. Komandamla, futbolçularla, klubla və azarkeşlərlə qürur duyuram. Biz çeviklik və pragmatizm nümayiş etdirdik: PSJ-yə qarşı yüksək pressinq və dərin blokla oynamaq lazım idi. Birinci hissə demək olar ki, mükəmməl keçdi və standart vəziyyətlər ciddi təhlükə yaradırdı... Bu konkret matç çərçivəsində biz dünyanın istənilən komandası ilə mübarizə apara biləcəyimizi göstərdik. Buna heç bir şübhəm yoxdur – bu, müsbət nəticədir"

Xatırladaq ki, London təmsilçisi 85-ci dəqiqəyə qədər 2:0 hesabı ilə irəlidə idi.

Qeyd edək ki, "Tottenhem" üçün bu, tarixində üçüncü dəfə avrokubok finalında məğlubiyyət olub.

Seçilən
23
90deqiqe.az

1Mənbələr