“Tottenhem”in baş məşqçisi Tomas Frank UEFA Super Kuboku uğrunda həlledici oyunda PSJ-yə məğlubiyyəti şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, 51 yaşlı danimarkalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bizə, dünyanın ən güclü komandalarından birinə qarşı çox yaxşı oyun keçirmək müyəssər oldu – bəlkə də dünyanın ən yaxşı komandasına qarşı. Təxminən 80 dəqiqə ərzində, hesab 2:1 olana qədər biz rəqibi nəzarət altında saxlamışdıq. Mən komandam, oyunçularım, klub və azarkeşlərimizlə qürur duyuram. Biz zirəklik və praqmatiklik nümayiş etdirdik: PSJ-yə qarşı belə də fəaliyyət göstərmək gərək idi, yüksək təpki və aşağı müdafiə əngəli tətbiq etməklə. Birinci hissə demək olar ki, mükəmmək keçdi, standart vəziyyətlər isə ciddi təhlükə yaradırdı… Müəyyən bir oyun çərçivəsində biz nümayiş etdirdik ki, dünyanın ixtiyarı komandasına qarşı oynaya bilərik. Mən buna heç şübhə etmirəm”, deyə Tomas Frank vurğulayıb.
Əlavə edək ki, “Tottenhem” 2:0 hesabı ilə üstün olduğu oyunun 85-ci və 90+4-cü dəqiqələrində qollar buraxmaqla, üstünlüyünü əldən verib, penaltilər silsiləsində isə PSJ 4:3 hesablı qələbəyə sevinib.
Xatırladaq ki, PSJ UEFA Super Kubokunu qazanmış ilk fransız klubu olaraq adını tarixə yazıb. Həmçinin bu qələbə PSJ-nin “Tottenhem” üzərində ilk qələbəsi olaraq əlamətdardır.