AZ

İlham Əliyev AB Şurasının prezidenti ilə danışdı

Avqustun 14-də Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aktual.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa Birliyi Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa Birliyinin əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

Telefon söhbəti zamanı bu ilin mayında Tiranada "Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Dövlətimizin başçısı və Antonio Koşta Azərbaycan-Avropa Birliyi əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Seçilən
8
49
ulusum.az

10Mənbələr