AZ

Frank: “Oyunçularım özləri ilə qürur duya bilərlər”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Tottenhem”in baş məşqçisi Tomas Frank UEFA Superkubokunda PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az “TNT Sports”a istinadən xəbər verir ki, mütəxəssis məğlubiyyətlə bağlı bunları deyib:

“Dünyanın ən yaxşı komandalarından birinə qarşı 80 dəqiqə əla futbol oynadıq. Sonra ilk qolu buraxdıq və vəziyyət dəyişdi. Oyunçularım özləri ilə qürur duya bilərlər. Bəlkə də, hazırda dünyanın ən yaxşı komandasına qarşı gözəl oynadıq. Penaltilər seriyası isə sadəcə lotereyadır”.

Əsas vaxt 2:2 hesabıyla bitən matçda PSJ penaltilər seriyasında daha dəqiq oynayaraq qalib tərəf olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
futbolpress.az

1Mənbələr