Rusiya Xarici İşlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, iranlı və rusiyalı dilomatların görüşündə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının dəstəklənməsindəki prinsipial mövqeyinə toxunan Əraqçi regional məsələlərin həlli, regional əməkdaşlıq və təhlükəsizliyin genişləndirilməsi, regional sabitliyin və inteqrasiyanın təmin edilməsi üçün regionda və region dövlətləri tərəfindən məsələlərin sülh yolu ilə həllinin, “3+3” strukturu kimi regional mexanizmlərin imkanlarından istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə Rusiyalı diplomat Rusiyanın Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olması üçün diplomatik səyləri haqqında hesabat təqdim edib və İran və Rusiya arasında sıx və davamlı məsləhətləşmə, qarşılıqlı fəaliyyət və koordinasiyanın vacibliyini vurğulayıb.
“Cebheinfo.az”