AZ

Paşinyan çətin sınaqda: onu nə gözləyir?

Bakı. Trend:

ABŞ-nin dövlət başçısı Donald Trampın vasitəçiliyi iləVaşinqtonda aparılan danışıqlardan və sənədlərin imzalanmasındansonra erməni siyasəti üçün nadir rast gəlinən ümid fasiləsiyarandı.

Ağ Evdəki prosesin nəticəsi- liderlərin birgə bəyanatı və“Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş”in paraflanmış mətni (sonradan bu sənəd Ermənistan Xariciİşlər Nazirliyinin və baş nazirin saytlarında dərc olundu, Paşinyanisə onu Facebook paylaşımında belə təqdim etdi: “Bu, möhkəm təməl…razılaşmaların balanslı nəticəsi”).

Avqustun 11-də tərəflər sənədin tam mətnini açıqladılar. Əsasbəndlər bunlardır: suverenlik və sərhədlərin qarşılıqlı tanınması;indi və gələcəkdə ərazi iddialarından imtina; gücdən istifadəetməmək; müqaviləni icra etməmək üçün daxili qanunlara istinadınyolverilməzliyi; sərhəd boyunca üçüncü ölkə qüvvələrininyerləşdirilməsinə qadağa; razılaşdırılmış qaydalar əsasındadelimitasiya və demarkasiya üzrə birgə hökumətlərarasıkomissiyaların işə başlaması.

Bu artıq “niyyət bəyanatı” deyil, 17 maddədən ibarət hüquqicəhətdən işlənmiş çərçivədir.

Vaşinqton səhnəsinin strateji qatı da var idi. Görüşdə ABŞ-ninErmənistanın cənubundan keçəcək gələcək multimodal tranzit dəhliziüzərində funksional patronajı rəsmiləşdi. İctimai müzakirələrdə bumarşrut artıq TRIPP (Trump Route for International Peace andProsperity) adlandırılır: magistral Azərbaycanın əsas hissəsiniNaxçıvanla birləşdirəcək, amma Ermənistan yurisdiksiyası qorunacaq.Bu “xarici hərbi dəhliz” deyil, hüquqi təminatlarlamöhkəmləndirilmiş iqtisadi layihədir. ABŞ infrastrukturuninkişafında eksklüziv hüquqlar əldə edib, liderlər isə Minskprosesinin mənasını itirdiyini əsas gətirərək ATƏT-ə müraciətləonun bağlanmasını təsdiqləyiblər.

Ermənistanda müxalif dalğa həm gözlənilən, həm də ritualxarakterli idi. Sabiq prezident Serj Sarqsyanın RespublikaçılarPartiyası və müttəfiq bloklar “yeni mövcudiyyət təhdidlərindən”,“kapitulyasiyadan” və “artsaxlıların hüquqlarının bərpasınamaneələrdən” danışmağa başladılar. Təbii ki, illərlə münaqişəninstatus-kvosunu leqitimləşdirmək üçün istifadə etdikləri eyniritorika ilə. Amma ritorika faktı dəyişmir: 2023-cü il hüquqi vəfaktiki olaraq “status” mövzusunu bağladı - Azərbaycan Qarabağ vəişğal altında olmuş digər ərazilər üzərində tam suverenliyini bərpaetdi, əksər erməni əhalisi isə könüllü olaraq Ermənistana köçdü;indi isə tərəflər qarşılıqlı iddialardan və revanş layihələrindənimtinanı təsdiqləyirlər.

Hakimiyyətin cavabı Ermənistanda açıq şəkildə anti-konspiratividi. Mətnin dərc olunması və Paşinyanın “balanslı maraqlar” barədəsözləri - eyham oyunu deyil, sənədi oxumağa, söz-söhbətlərə yox,fakta istinad etməyə dəvətdir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan avqustun 12-də,Beynəlxalq Gənclər Günüündə ölkə gənclərinə xüsusi müraciət etdi:“Saziş böyük imkanlar və geniş qapılar açır… Sizin nəsliniz möhkəmsülhün ən böyük qurucusu və qoruyucusu olacaq”. Daxili müzakirənormaldır, amma onu apokaliptik klişelərlə əvəzləmək cəhdinə qarşıməhz birbaşa söz və birbaşa mətn sözü mövzunun özünə qaytarır.

Regionun təhlükəsizlik arxitekturası da dəyişib.

Birincisi, sərhəddə üçüncü qüvvələrin qadağan edilməsi və Minskrituallarının bağlanması Bakı–İrəvan xəttini “əbədi vasitəçilik”modelindən birbaşa ikitərəfli müstəviyə keçirir, burada məsuliyyətyayılmır.

İkincisi, Ermənistanın “ev tapşırığı” - Azərbaycana qarşı əraziiddiası olan müddəaları aradan qaldıracaq Konstitusiyadüzəlişləridir; Paşinyan artıq referendum elan edib, amma tarixqoymayıb. Üçüncüsü, iqtisadi motivasiya yaranır: Ermənistanıncənubundan keçəcək magistral və onun Bakı–Tbilisi–Qars və Xəzərdəhlizləri ilə birləşməsi ölkəyə abstrakt “sülh dividendi” deyil,real gəlir və məşğulluq gətirir.

Azərbaycan iqtisadiyyatı sülhün bəhrəsini illərlə gözləmədən,qısa zamanda əldə edə biləcək gücə malikdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilinyanvar–iyun aylarında ÜDM illik müqayisədə 1,5% artıb,qeyri-neft-qaz sektoru isə 3,9% yüksəlib (neft-qaz seqmentindəkiazalma ümumi artımı ləngidib).

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və BVF 2025-ci ilüzrə perspektivi məhz qeyri-neft bazası və investisiyalar hesabınadavamlı qiymətləndirir, inflyasiya isə idarəolunan səviyyədədir.Tranzitdə artıq müsbət dinamika görünür: BTQ 2025-ci ilin “sınaq”mərhələsində yeddi ayda təxminən 250 min ton yük daşıyıb və ilinsonunadək 0,5 milyon ton göstəriciyə çatmaq yolundadır - hələErmənistanın cənubundan keçəcək gələcək arteriya ilə tamsinxronlaşmanın effekti nəzərə alınmadan. Enerji sektoru mənzərənimöhkəmləndirir: BP və tərəfdaşlar “Şahdəniz” layihəsininpotensialının genişləndirilməsi üçün 2,9 milyard dollar məbləğindəvəsaiti təsdiqləyiblər (2028–2030 üfüqündə əlavə 50 milyard kubmetrqaz hasilatı), bu isə 2027-ci ilədək Aİ-yə ixracın ikiqatartırılması üçün həlledicidir.

Ermənistan üçün də iqtisadi məntiq aydındır, nə qədər ki,“xəyanət” şüarları ilə boğulmağa çalışılır. Aİ-nin Xarici FəaliyyətXidməti və Qərb tərəfdaşları Vaşinqton paketini “normallaşmadaəhəmiyyətli irəliləyiş” adlandırır, Simonyan isə söhbəti mifologiyameydanından imkanlar - iqtisadiyyat, təhsil, təhlükəsizlik -meydanına keçirir. Bunun siyasi alternativi yalnız “mövcudiyyəttəhdidi” qorxusu altında sonsuz səfərbərlikdir ki, bu da nəinvestisiya gətirir, nə də iş yerləri.

İndi isə problem yarada biləcək məqamlara nəzər salaq.

Birincisi, Ermənistanda konstitusiya düyünü: düzəlişlər olmadanratifikasiya hüquqi kolliziya ilə üzləşəcək, referendumunuzadılması isə radikalların xeyrinə işləyəcək.

İkincisi, sərhəddə təhlükəsizlik üzrə texniki bağ: sülh sazişiartıq başlanan delimitasiya/demarkasiya prosesinin davamını tələbedir. 2024-cü ildə tərəflər Tavuş–Qazax sahəsində təxminən 12–13km-lik hissəni nişanlayıb, onlarla sərhəd nişanı quraşdırıb vəqoşunları sərhəd xidməti mühafizəsinə çəkiblər; bu “pilot” təcrübəbütün xətt üzrə norma çevrilməlidir.

Üçüncüsü, kommunikasiya və tranzit: TRIPP layihəsi bütüntərəflər üçün hüquqi və əməliyyat şəffaflığına malik olmalı -rejimlər, sığortalar və arbitrajlar dəqiq müəyyənləşdirilməlidirki, qonşular onu hərbi deyil, kommersiya layihəsi kimigörsünlər.

Ermənistanda revanşist ritorika adi fon olsa da, indi onuninstitusional nəfəsliyi azalıb: sənəd dərc olunub, ATƏT-MQçərçivələri bağlanır, hətta tənqidçilər də etiraf edirlər ki,gələcək həyat iqtisadiyyat və hüquq üzərində qurulacaq, “ərazifantomları” üzərində yox. Bu mənada Paşinyanın jesti - “budur mətn,oxuyun” - qışqırıqdan fərqli olaraq asimmetrikdir və müharibə ilədeyil, həyatla yaşamaq istəyənlər üçün faydalıdır.

Elə bir mərhələyə gəlib çatmışıq ki, illərin haqlılığını sübutetmək yox, gələcək onilliklərin sülhünü kapitala çevirməksərfəlidir - hüquq, infrastruktur və bazar vasitəsilə. Vaşinqtonpaketi məhz bunu təklif edir: münaqişə ilə hüquqi boşanmanıntamamlanması və yeni marşrut iqtisadiyyatının işə salınması. Əbədisəfərbərlikdən başqa planı olan varsa, onu rəqəmlərlə yazılmış mətnkimi gətirsin. Sülhün artıq belə rəqəmləri var.

Bəs Paşinyanın planını - erməni "milli şüuru"nu yenidənformatlaşdırılmasını - sona çatdırmağa gücü çatacaqmı? Axı onunqarşısında təkcə müxalifətin “vurulmuş pilotları” deyil, əsrlərboyu ən arxaik və sınmaz dogmaların qoruyucusu olmuş daha güclüinstitut - kilsə dayanır. Bu, sadəcə Konstitusiyaya düzəliş uğrundadeyil, Ermənistanın ruhu uğrunda döyüşdür.

Paşinyan, görünür, yeganə düzgün karta oynayır. Onun “realErmənistan” konsepsiyası düşmənlərinin qışqırdığı kimikapitulyasiya deyil. Bu, güzgüyə ayıq baxıb orada dənizdən dənizəxəyali imperiyanın konturlarını yox, müasir, kompakt, amma yaşamağaqadir dövlətin sərhədlərini görmək cəhdidir.

Gənclərə müraciət edərək onları keçmişin əsarətindən, bu sonsuzinciklik və məğlubiyyət karuselinə qapanmaqdan xilas olmağaçağırır. Vaşinqton bəyannaməsi təkcə xarici siyasət aktı olmadı -o, bu ideologiyanı ölkə daxilində de-fakto təsdiqlədi.İdeologiyanın isə sadə və aydın təsbiti var: Qarabağ -Azərbaycandır.

Artıq bütün növbəti addımlar hesablanıb. 2026-cı ildə parlamentseçkilərindən sonra keçirilməsi nəzərdə tutulan konstitusiyareferendumu həqiqət anı olacaq. O, qonşulara qarşı bütün əraziiddialarını, əbədi müharibə üçün hüquqi bazanı ölkənin əsasqanunundan çıxarmalıdır.

O zaman müxalifətin indiki cəhdləri, onların zəhər saçanbəyanatları, sadəcə, keçmiş bir dövrün canvermə qıcolmaları kimiqalacaq. Paşinyan, görünür, işi sona çatdırmaqda qətidir. Deməli,Bakı ilə İrəvan arasında sülh sazişi artıq “əgər” deyil, sadəcə “nəvaxt” məsələsidir. Və bu “nə vaxt” labüd şəkildə yaxınlaşır.

Paşinyan, həqiqətən, ölkənin yeni tarixində ən radikal ideolojireviziyanı aparmağa çalışır. Onun “real Ermənistan” doktrinası ikidayağa əsaslanır: beynəlxalq aləmdə tanınmış sərhədlərdəki Vətəniqəbul etmək və revanşizmə, əbədi səfərbərliyə sürükləyən keçmişkultlarından imtina etmək.

Bu, rəvayətlərdə yox, baş nazirin rəsmi çıxışlarında təsbitolunub - xüsusilə 19 fevral 2025-ci ildəki proqram xarakterlinitqində açıq şəkildə bildirilib ki, "dövlətin özü Vətəndir,vətənpərvərlik isə məhz bu dövlətin hüquqlarını və öhdəliklərinimöhkəmləndirməkdir".

Hüquqi “mina” - qüvvədə olan Konstitusiyanın preambulasıdır:oradakı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad “Qarabağlabirləşmə” aktlarının zəncirini çəkir. Bakı bunu məntiqli şəkildəAzərbaycanın ərazisinə de-yure iddianın qorunması kimi şərh edir.Bu, publisistlərin mövqeyi deyil - məsələni məhz belə izah edənprofil erməni KİV-ləri və analitiklər vurğulayırlar ki, söhbət məhzpreambuladan gedir, əsas mətndən yox.

2025-ci ilin fevralından Paşinyan açıq şəkildə 1990-cı ilBəyannaməsinə istinadın çıxarılacağı yeni Konstitusiya üzrəreferenduma çağırır. O, “xarici diktat”ı rədd etsə də, sənədinindiki prioritetlərə cavab verməli olduğunu deyib.

Formul isə sadədir: hüququ mifologiyadan çıxarmaq və siyasətibeynəlxalq hüquq və real suverenlik müstəvisinə keçirmək. Vaxt isəqeyri-müəyyəndir: 2025-ci ildəki bəyanatlarda dəqiq tarixsizreferendumdan danışılıb; bəzi rəsmi və analitik mənbələr mətninhazırlanmasını 2026-cı il parlament seçkilərinə bağlayıb, başnazirin bir müsahibəsində isə 2027-ci il mümkün tarix kimisəslənib. Amma hətta 2025-ci ilin avqustunda İrəvan etiraf edirdi:tarix yoxdur, amma referendum qaçılmazdır. Azərbaycan üçün isə bu -başlıca “səmimiyyət testi”dir.

Siyasi kontekst belədir: Ermənistan artıq 2022–2023-cü illərdəAİ platformalarında Azərbaycanın 86 600 kv.km-lik sərhədlərçərçivəsində ərazi bütövlüyünü tanıdığını rəsmən təsbit edib. İndiPaşinyan həmin bazisi “daxilə” - Konstitusiya arxitekturasınagətirməyə çalışır. Başqa sözlə, tanımanı diplomatiyadan əsas hüquqadaşımaq istəyir.

2025-ci ildə xarici “zərbə çərçivəsi” real, kağız üzərindədeyil: 8 avqust Vaşinqton. ABŞ vasitəçiliyi ilə Azərbaycan vəErmənistan liderlərinin birgə bəyannaməsi yol xəritəsinimüəyyənləşdirdi: suverenliyə qarşılıqlı hörmət, ərazi iddialarındanimtina, sonrakı texniki sazişlər. Mətnin dərc olunması vəmemorandumların “paketlənməsi” rəsmi və aparıcı agentliklərtərəfindən təsdiqlənib. Bu - diplomatik faktdır, şərhçimetafizikası deyil.

ABŞ paketindəki əsas yenilik - iqtisadi-nəqliyyat ölçüsüdür:Ermənistanın cənubundan keçərək Naxçıvana uzanacaq tranzit dəhlizilayihəsi, idarəetmənin ABŞ yurisdiksiyası altında olması vəqarşılıqlı maraqlar prinsipinə vurğu. Bu fakt Reuters, AP, PBS vəixtisaslaşmış analitik platformaların silsilə materiallarındatəsdiqlənib. Bakı üçün bu, uzun illərin kommunikasiya blokadasınıaradan qaldırmaq və Orta Dəhlizə inteqrasiya vasitəsidir;Ermənistan üçün isə suveren tənzimləmə səlahiyyətlərini qorumaqlageoiqtisadi təcriddən çıxış imkanını ifadə edir. Amma layihəninəleyhdarları da var - ilk növbədə İran, sərhədi yaxınlığındaistənilən “geopolitik dəyişiklikləri” qəbul etmədiyini açıq bəyanedib.

İndi isə “ruh uğrunda mübarizə”yə gələk. Paşinyana qarşı bu günən güclü institusional müxalifət, əslində, Ermənistan ApostolKilsəsindən və onun ətrafında formalaşmış etiraz hərəkatındanqaynaqlanır. Bu hərəkatın önündə arxiyepiskop Bağrat Qalstanyan vəMikael Acapyan dayanır. 2025-ci il iyunun 25–27-də Eçmiədzin vədigər yerlərdə yüksək rütbəli ruhanilərin saxlanılması, axtarışlarvə həbs cəhdləri ilə müşayiət olunan güc tətbiqi epizodlarıyaşandı. Bunlar “Telegram” söz-söhbətləri deyil, Reuters və AP-ninrəsmi xronikasıdır. Dövlətlə kilsə arasındakı qarşıdurma sistemlixarakter alıb və birbaşa olaraq Azərbaycanla sülh gündəminə,həmçinin konstitusiya islahatlarına bağlanıb.

Sosiologiya göstərir ki, cəmiyyət parçalanıb və yorulub. IRI-nin2025-ci ilin iyulunda keçirdiyi sorğuya görə, Ermənistandarespondentlərin 61%-i heç bir siyasətçiyə etibar etmir; Paşinyanaetibar edənlərin payı isə təxminən 13%-dir (ötən illə müqayisədəazalma). Bu, baş nazirin daha çox “səssiz əksəriyyət” pragmatizminəvə apatiyasına güvənə biləcəyini, amma kütləvi entuziazma yox, ümidbağladığını göstərir. Referendum kampaniyası baxımından bu, yüksəkdəyişkənlik və rəqiblərin emosional səfərbərlik riskidir.

Ancaq normallaşma xeyrinə fakt artıq baş verib və bu, xüsusiləAzərbaycan auditoriyası üçün önəmlidir: 2024-cü ilin mayındaErmənistanın Qazax istiqamətində dörd kəndi qaytarması və həminilin yazında ilk sərhəd nişanlarını quraşdırması. Bu, göstərdi ki,küçə təzyiqi şəraitində belə İrəvan delimitasiya parametrləriniicra edə bilir. Sülh proseslərində adətən çatışmayan məhz bu cür“kiçik addımlar”dır.

İqtisadi məntiq də Ermənistanı bu “yenidən yükləmə”ni başaçatdırmağa sövq edir. Yeni təkan məhz kommunikasiyaların açılması,logistika və investisiya ola bilər. Orta Dəhlizin 2021–2024-cüillərdə tranzit həcmləri dəfələrlə artıb; Ermənistanın qoşulmasısiyasəti real pula və iş yerlərinə çevirə bilər. Bakı üçün isədəhliz və sərhədin açılması tranzitin diversifikasiyası,neft-qazkimya və qeyri-xammal ixracının sürətləndirilməsivasitəsidir.

Xarici “qüvvə həndəsəsi” isə sülhün əleyhdarlarının xeyrinədəyişmir: İrəvan ardıcıl şəkildə KTMT-dən uzaqlaşır (2024-cü ilinfevralından iştirakın dondurulması, 2025-ci ildə çıxma ehtimalıbarədə açıqlamalar), ABŞ və Aİ ilə əməkdaşlığı dərinləşdirir (14yanvar 2025-ci ildə Ermənistan–ABŞ Strateji Xartiyası imzalanıb).Bu, ənənəvi “spoylerlər” üçün meydanı daraldır və Vaşinqtonrazılaşmalarına hüquqi çərçivə qazandırır.

Paşinyanın “şüurun yenidən formatlaşdırılması”nı sonaçatdırmasına mane olan üç əsas amil var.
Birincisi - kilsə və “ənənəvi cəbhə”. Onlar simvolik səfərbərlik vəküçə resursuna sahibdir. Yay aylarında baş verən həbslər narazılıqhissini gücləndirdi və bu, “imanın, tarixin və Konstitusiyanınmüdafiəsi” şüarı ilə anti-referendum kampaniyasına çevriləbilər.

İkincisi - xarici etirazlar. İran artıq indidən sərhədininyaxınlığında status-kvonu pozan “dəhlizlərə” icazə verməyəcəyinibəyan edir. Ermənistanın cənubu ətrafında istənilən eskalasiyaİrəvanda daxili siyasi islahatların qarşısını almaq üçün bəhanəyəçevrilə bilər.

Üçüncüsü - “vaxt tələsi”. Referendum təyin olunmadıqca,rəqiblərin prosesi pozmaq üçün əlavə ili qalır. 2025-ci ilin avqustgündəmində hətta Vaşinqton bəyannaməsinin tərəfdarları da etirafedirlər ki, yekun sülh sazişinə qədər qalan yeganə “hüquqi düyün”Ermənistan Konstitusiyasıdır. Onu nə qədər gec açsalar, bir o qədər“rikoset” riski artır (2026-cı ildən əvvəl kabinet dəyişikliyi vəya səsvermənin 2027-ci ilə keçirilməsi).

İndi əsas sual - “alınacaq, ya yox?” Azərbaycan baxımından “geridönüş nöqtəsi” artıq keçilib:

a) sərhədlərin beynəlxalq tanınması mövcuddur və dəfələrlətəsdiqlənib;

b) sülh gündəminin baza parametrləri (delimitasiya,kommunikasiyaların açılması) ritorikadan əmələ keçib;

c) Vaşinqton bəyannaməsi prosesə 2021–2023-cü illərdə olmayanimpuls verib. “Qarabağ - Azərbaycandır!” artıq şüar deyil,2022–2023-cü illərdə İrəvan tərəfindən 86 600 kv.km çərçivəsindətanınmış hüquqi və diplomatik reallıqdır və indi bu, ErmənistanKonstitusiyasının preambulasından çıxarılmalıdır.

Ancaq “şüurun yenidən formatlaşdırılması” həmişə daxiliprosesdir. Paşinyanın uğur ehtimalı dörd şərtin birlikdə yerinəyetirilməsi ilə yüksək olacaq:

1) referendum tarixinin dəqiq müəyyənləşdirilməsi və onun2026-cı il parlament seçkilərindən əvvəl keçirilməsi;

2) məğlubiyyət travması yaşamış qaçqın və qruplar üçün sosialtəminat paketi;

3) ratifikasiyadan dərhal sonra logistika və energetikayainvestisiyalar üzrə Vaşinqton və Brüssel ilə razılaşdırılmış yolxəritəsi;

4) tranzit üzrə “qarşılıqlılıq paketi”nin qorunması (suverenlikvə keçid rejiminin sərhədlərinin müəyyən edilməsi) ki, ölkənincənubuna nəzarətin itirilməsi ilə bağlı qorxular aradan qalxsın.Avqust sənədlərində və rəsmi izahətlərdə bu elementlər açıq şəkildəmövcuddur.

Əgər referendum təyin edilər və 2026-cı il ssenarilərinə uyğunkeçirilərsə, Bakı ilə İrəvan arasında sülh sazişi texniki məsələolacaq - çünki hüquqi baryer aradan qalxmış, beynəlxalq çərçivəformalaşmışdır. Əks halda, səsvermə uzadılar və ya kilsə-müxalifətsəfərbərliyi ilə pozularsa, Ermənistan “boz zona”da ilişib qalacaq- xarici siyasət tanınmış sərhədləri tələb edəcək, daxili siyasətisə keçmişə sürüklənəcək. Elə buna görə də avqust Vaşinqtonbəyannaməsi “şəkil” deyil, rıçaqdır: o, geri dönüşün qiymətiniartırır və kursu sona çatdırmağın mükafatını yüksəldir -normallaşma, investisiya və Cənubi Qafqazda proqnozlaşdırılanqaydalar.

Azərbaycan üçün qalan iki praktiki məsələ var.

Mərhələli delimitasiya və infrastruktur inteqrasiyasını davametdirmək: 2024-cü ildə tərəflərin çətin qərarları icra etməkqabiliyyəti istənilən bəyannamədən daha yaxşı işlədiyini göstərdi.Və Ermənistan hüququnda faktların tanınmasını tarixləşdirməkməsələsi. Ermənistan Konstitusiyasında reambula çıxarıldıqdan sonra“kollektiv travma” barədə istənilən spekulyasiya hüquqi arqumentstatusunu itirəcək.

O zaman sülh sazişinin “nə vaxt”ı həqiqətən də labüd olacaq.

Seçilən
6
3
az.trend.az

4Mənbələr