Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
Britaniyanın "The Economist" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Ukraynadakı müharibənin həlli üzrə danışıqlar görüşün əsas mövzusudur, amma eyni zamanda, liderlərin ABŞ və Rusiyanın diplomatik əlaqələrinə, habelə Arktikada və enerji sektorunda əməkdaşlığa da diqqət yetirmələri gözlənilir.
Liderlərin görüşünə Lavrov da qoşulacaq
Xatırladaq ki, sabah Donald Tramp və Vladimir Putinin ABŞ-nin Alyaska ştatının mərkəzi Ankoric şəhərində görüşəcəklər. Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.