AZ

Dəhlizdə keçid belə olacaq: ABŞ və Ermənistan razılaşdı - MÜSAHİBƏ

BAKI, 14 avqust. TELEQRAF

Politoloq Fərhad Məmmədov Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında əldə edilən nəticələrlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Fərhad bəy, ABŞ-də əldə edilən razılaşmalar fonunda Azərbaycan və Ermənistan qısa zamanda yekun sülh sazişini imzalaya bilərmi? İddia edilir, prosesi sürətləndirmək üçün əlavə mexanizmlərə ehtiyac var…

- Yekun sülh sazişinin imzalanması üçün yeganə maneə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra yekun sülh sazişini imzalamaq mümkün olacaq. Bu, artıq beynəlxalq ictimaiyyət üçün də açıq şəkildə bəyan edilib. Sülh sazişinin mətni indi açıq formada bəyan edilib və burada bütün məsələlər öz əksini tapıb.

- Sülh sazişinin paraflanmış variantı açıqlanıb. Sənədə hansısa əlavələrin olma ehtimalı gözlənilə bilərmi?

- Paraflanmış sülh mətni açıqlanıb. Bütün prinsiplər məhz burada əksini tapıb. Yekun sülh sazişinin də məhz bu əsasda imzalanacağı gözlənilir. Sözsüz ki, sülh sazişinə əlavələrin edilməsi, ancaq qarşılıqlı razılaşma əsasında mümkün ola bilər. Amma bu ehtimal da azdır. Çünki sülh sazişinin mətni hər iki tərəfdən paraflanıb və təsdiq edilib.

- Dəhlizin icarə əsasında açılması ilə bağlı əldə edilən razılığın işlək mexanizmi və prosesin başlanması ilə bağlı konkret vaxt açıqlanmayıb. Əsas meyarlar necə müəyyənləşəcək? Yoldan üçüncü tərəflərin istifadə qaydaları hansı mexanizmlərlə həyata keçiriləcək?

- Zəngəzur dəhlizinin açılması ilk növbədə ABŞ-lə Ermənistan arasında əldə edilən razılaşma ilə həllini tapır. Burada Azərbaycana aid olan məsələlərdə rəsmi Bakının da iştirakı gözlənilir. Əsas şərt odur ki, Azərbaycandan-Azərbaycana maneəsiz keçid təmin edilsin. Bu Vaşinqtonda imzalanan birgə bəyanatda da əksini tapıb. ABŞ və Ermənistan da bunu qəbul edib. Üçüncü tərəfin nəzarəti, yəni ABŞ-nin xüsusi bir şərkətinin idarəçiliyində dəhlizin fəaliyyəti tənzimlənəcək. Bunun hansı formada təmin ediləcəyi Ermənistanla Amerika arasındakı razılaşmaya əsaslanacaq.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr