AZ

Səfir: Azərbaycanın "yaşıl enerji" sahəsi üzrə təcrübəsi Burkina Faso üçün maraqlıdır

Azərbaycanın "yaşıl enerji" sahəsi üzrə təcrübəsi Burkina Faso üçün maraqlıdır.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Burkina Fasonun Azərbaycandakı qeyri-rezident səfiri Vinta Some deyib.

Onun sözlərinə görə, hər iki tərəfdə müxtəlif sektorlar hələ araşdırılmayıb:

"Biz çalışacağıq ki, Azərbaycan tərəfi ilə Burkina Faso arasında ticarətin həcmi ikitərəfli münasibətlərimizin keyfiyyətini əks etdirsin. Ticarət baxımından bir çox sektorlar Burkina Fasonu maraqlandıra bilər. Bura karbohidrogenlər, energetika və xüsusilə də Azərbaycanın təcrübəsini təsdiq etdiyi "yaşıl enerji" sahəsi, bir sıra sahələrdə qabaqcıl texnologiyalar, müdafiə sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları və s. daxildir".

Səfir qeyd edib ki, Azərbaycan Burkina Fasonun kənd təsərrüfatı məhsulları - pambıq, küncüt, 2021-ci ildən markaya çevrilən şi yağı, eləcə də sənətkarlıq məmulatları ilə maraqlana bilər:

"Bundan başqa, Burkina Faso Qərbi Afrikanın ən böyük qızıl mədəni sektoruna malikdir. Eyni zamanda, manqan, fosfat kimi maddi sərvətlərimiz də var ki, Azərbaycan investorlarının marağına səbəb ola bilər", - Vinta Some əlavə edib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Seçilən
1
report.az

1Mənbələr