AZ

"Tramp marşrutu": İrandan azərbaycanlı sürücülərə təzyiq - günlərlə...

İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.

News365.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxırlırlar.

"Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar", - deyə, sürücülərdən biri bildirib.

Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara, "xoşunuza gəlmirsə, gedin "Tramp marşrutu"ndan istifadə edin" deyirlər.

Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında "Tramp marşrutu"nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

Seçilən
11
20
news365.az

10Mənbələr