AZ

Naxçıvanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 4 926 mülkiyyət hüququnu qeydiyyata alınaraq çıxarışla təmin edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.

7 ay ərzində bölgədə 129 qeyri-yaşayış binası, 2 528 torpaq sahəsi, 2 245 fərdi yaşayış və bağ evi və 24 əmlak kompleksi dövlət qeydiyyatına alınıb. 1 il əvvələ nisbətən qeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3 %, torpaq sahələrinin sayında 0,7 % , fərdi yaşayış və bağ evlərinin sayında 7,1 %, əmlak komplekslərinin sayında 9 % artım olub.

Seçilən
4
12
report.az

10Mənbələr