AZ

"Liverpul" yeni mərkəz müdafiəçisi transfer etdi

"Liverpul" heyətinə 18 yaşlı mərkəz müdafiəçisi qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, bu, "Parma"nın futbolçusu Covanni Leonidir. Mənbə "qırmızılar"ın qarşı tərəfə təxminən 35 milyon avro ödəyəcəyini və Leoni gələcəkdə başqa kluba satılacağı halda, İtaliya təmsilçisinin gəlirin müəyyən faizinə sahib çıxacağını vurğulayıb.  

Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 17 matça çıxan Covanni 1 qolla yadda qalıb. 

Nihat 

Seçilən
48
fanat.az

1Mənbələr