AZ

"Sumqayıt" fransalı futbolçu ilə müqavilə imzalayıb, başqa kluba icarəyə verib

“Sumqayıt” klubu futbolçu İmani Barker ilə müqavilə imzalayıb.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisindən məlumat verilib.

22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 4 illikdir. Oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax”a icarəyə verilib.

Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.

Seçilən
6
7
report.az

10Mənbələr