AZ

Rusiya WhatsApp-ı da bağladı

WhatsApp Rusiyada zənglərin bloklanması ilə bağlı rəsmi açıqlama yayıb.

"WhatsApp özəldir, defolt olaraq uçdan-uca şifrələnir və hökumətlərin insanların təhlükəsiz ünsiyyət hüququnu pozmaq cəhdlərinə qarşı çıxır - buna görə də Rusiya hakimiyyəti ölkədəki 100 milyondan çox istifadəçimiz üçün WhatsApp-ı bloklamağa çalışır", - şirkətin açıqlamasında deyilir.

“WhatsApp” vurğulayır ki, “başdan-başa şifrəli rabitənin bütün dünyada, o cümlədən Rusiyada da əlçatan olmasını təmin etmək üçün” mümkün olan hər şeyi edəcək.

Rusiyada WhatsApp-ın 12 yaşdan yuxarı auditoriya arasında aylıq əhatəsi 2025-ci ilin iyul ayına olan məlumata görə 96,2 milyon nəfər olub.

Rusiyada WhatsApp və Telegram istifadəçiləri 10-11 avqust 2025-ci il tarixlərində messencerlərdə zənglərin kəsilməsindən şikayət etməyə başlayıblar.Forbes-in məlumatına görə, ən böyük telekommunikasiya operatorları MTS, Megafon, Beeline və Tele2 xarici messencerlərdə zəngləri bloklamağı xahiş ediblər.

Avqustun 13-də Roskomnadzor rəsmi olaraq Telegram və WhatsApp-da zənglərin “qismən məhdudlaşdırıldığını” elan etdi və bunu “cinayətkarlara qarşı mübarizə” ehtiyacı ilə izah etdi.

Seçilən
23
1
anspress.com

2Mənbələr