AZ

Paşinyan: "Sazişin İran və Rusiyaya da faydası var"

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin "Fox News" telekanalınamüsahibəsindədilə gətirib. O söyləyib ki, sazişin icrası başlayandaİran Fars körfəzindən Qara dənizə dəmir yolu ilə çıxış qazanacaq,eyni zamanda, adları çəkilən ölkələr arasında dəmir yolu əlaqəsi yaranacaq.

"Nəzərə alsaq ki, hazırda Cənubi Qafqazdan keçməklə İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur, deməli, bu imkandan təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə yox, həm də Rusiya və İran çox mühüm, hətta misilsiz iqtisadi fayda götürəcək",- Paşinyan vurğulayıb.

Baş nazirin fikrincə, ümumiyyətlə, saziş beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələr üçün əhəmiyyətli fürsətlər əmələ gətirəcək.

"Bizim"Sülh qovşağı"adlı layihəmiz var. İmzalanmış saziş, həqiqətən də, bu layihəyə töhfə verəcək. Məqsədimiz elə budur",- o deyib.
Asharq Al-Awsat: "Azərbaycan Avrasiyada yeni logistika mərkəzidir"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Mərasimdə Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
25
1
azvision.az

2Mənbələr