PSJ "Tottenhem"i məğlub edərək UEFA Superkubokunu qazanıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu parislilərin hücumçusu Usman Dembeleni matçın ən yaxşısı seçib.
85-ci dəqiqəyə kimi 2 top fərqi ilə geridə qalan PSJ 0:2-dən geri dönüb. Fransa təmsilçisi daha sonra rəqibini penaltilər seriyasında məğlub edib.
Dembele 90+4-cü dəqiqədə qol ötürməsi edib, penalti seriyasında isə şansını boşa verməyib.