Ajans.az Mash Telegram kanal-a istinadən xəbər verir ki,sənətçinin nəbzi kəskin şəkildə kritik həddə Rusiyanın Xalq artisti Boris Şerbakov əməliyyatdan sonra ürək çatışmazlığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda Şerbakovun vəziyyəti stabil olsa da, ağır olaraq qiymətləndirilir. Məlumatda qeyd olunur ki, həkimlər aktyoru kardiostimulyator implantasiyasına razı salmağa çalışsalar da, o, bu təklifdən imtina edir. Xatırladaq ki, avqustun 11-də 75 yaşlı aktyor evinin eyvanında xalçaya büdrəyərək yıxılıb və xəstəxanaya yerləşdirilib. O zaman Şerbakov jurnalistlərə səhhətinin yaxşı olmadığını, lakin tezliklə sağalacağına ümid etdiyini bildirmişdi.