İtaliyanın Lampeduza sahillərində gəminin batması nəticəsində 20 nəfər həyatını itirib, 20-si itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Romadakı kommunikasiya üzrə məsul əməkdaşı Filippo Unqaro açıqlama verib.
O, “X” hesabındakı paylaşımında gəminin batması ilə bağlı kədərini ifadə edib:
"20 cəsədin tapıldığı və eyni sayda insanın itkin düşdüyü bildirilir. İlin əvvəlindən bu yana Mərkəzi Aralıq dənizində 675 qanunsuz miqrant həyatını itirib. Hüquqi yollar gücləndirilməlidir".