AZ

Baydenin qızı ərindən boşanır

 

ABŞ-nin keçmiş prezidenti Co Baydenin 44 yaşlı qızı Eşli Bayden 13 illik evliliyindən sonra əri, plastik cərrah Hovard Kreynlə boşanmaq üçün rəsmi sənəd təqdim edib.

Gundem.az modern.az-a istinadən xəbər verir ki, bu barədə NYP-nin məlumatında bildirilib.

Məlumata görə, ərizə bazar ertəsi Filadelfiya məhkəməsinə verilib.

Boşanma səbəbləri hələlik məlum deyil.

Eşli və Hovard 2012-ci ilin iyununda mərhum böyük qardaşı Beau Baydenin onları bir-biri ilə tanış etməsindən iki il sonra Delaver ştatının Greenville şəhərində evləniblər. Hovard o zaman vitse-prezident olan Co Baydendən xeyir-dua aldıqdan sonra Kaliforniya ştatının Big Sur şəhərindəevlilik təklifi edib.

Toy Eşlinin özünün vəftiz olunduğu . Müqəddəs İosif kilsəsində 200-ə yaxın qonağın gözü qarşısında baş tutub.

59 yaşlı Hovard Kreyn Filadelfiyadakı Tomas Cefferson Tibb Mərkəzində otolarinqoloq və plastik cərrah kimi çalışır.

Cütlük Filadelfiyada yaşayırdı, onlarınm ortaq uşaqları yoxdur.

Seçilən
39
5
gundem.az

6Mənbələr