AZ

Xocalıda baş verən yanğınla əlaqədar bir nəfər saxlanıldı FOTO

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 11-də Xocalı rayonunun Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın törədən şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakupost.az -a bildirilib ki, polis araşdırması ilə yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
33
www.bakupost.az

10Mənbələr