AZ

Macarıstan Ukraynanı “Drujba” neft kəmərinə hücumda ittiham edir

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gecə Ukrayna Rusiyanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin mühüm paylayıcı stansiyasına pilotsuz zərbə endirib”

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanı Rusiyanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin vacib paylayıcı stansiyasına hücumda ittiham edib. AYNA.AZ xəbər verir ki, nazir bu barədə “Facebook”da yazıb.

Siyarto bildirib ki, “gecə Ukrayna Rusiyanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin mühüm paylayıcı stansiyasına pilotsuz zərbə endirib”.

"Hazırda Macarıstan Ukraynaya ən böyük elektrik enerjisi tədarükçüsüdür və biz olmasaq, Ukraynanın enerji təhlükəsizliyi çox qeyri-sabit olacaq. Bu kontekstdə Ukraynanın Macarıstanı xam neftlə təmin edən və ölkəmizin enerji təhlükəsizliyində əsas rol oynayan "Drujba" kəmərinə son zərbəsi xüsusilə qəzəb doğurur", - o yazıb.

Macarıstanın xarici işlər naziri Ukraynanı “Macarıstanın enerji təhlükəsizliyinə xələl gətirməməyə və Macarıstandakı enerji təchizatı marşrutlarına hücumu dayandırmağa” çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
ayna.az

1Mənbələr