AZ

Azərbaycan-Ermənistan danışıqlarının ardınca Rusiya-İran görüşü

Dünən Rusiyanın xarici işlər nazirinin Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayev Tehranda İranın xarici işlər naziri Abbas Əraqçı ilə bir araya gəlib.

Sitat.info bu barədə ISNA-ya istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı tərəflər Cənubi Qafqazda baş verən son prosesləri, regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Qeyd olunub ki, Xovayevin İrana səfəri Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında baş tutan görüşdən sonra həyata keçirilib.

Səid,

Sitat.info 

Seçilən
9
sitat.info

1Mənbələr