AZ

Luis Enrike məşqçilik karyerasında ikinci dəfə bir ildə beş kubok qazanıb

PSJ-nin (Fransa) baş məşqçisi Luis Enrike ikinci dəfə bir təqvim ilində beş kubok qazanıb.
 
Moderator.az xəbər verir ki, 2025-ci ildə parislilər Fransa çempionu olub, ölkə kubokunu və Superkubokunu alıb, həmçinin UEFA Çempionlar Liqasının qalibi olublar. Bu siyahıya UEFA Superkuboku da daxildir.
 
Enrike 2015-ci ildə "Barselona"nın sükanı arxasında olarkən də buna bənzər uğur əldə edib. Kataloniyalılar İspaniya çempionatının və kubokunun qalibi olublar, həmçinin UEFA Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu və UEFA Superkubokunu qazanıblar.
 
Yada salaq ki, PSJ dünən UEFA Superkuboku uğrunda oyunda "Tottenhem"i penaltilər seriyasında məğlub edərək, nüfuzlu kuboka yiyələnib.
Seçilən
54
1
moderator.az

2Mənbələr