AZ

Ukraynanın bu hücumu xüsusilə qəzəb doğurur - Siyarto

Hazırda Macarıstan Ukrayna üçün əsas elektrik enerjisi tədarükçüsüdür, biz olmasaq, Ukraynanın enerji təhlükəsizliyi kifayət qədər qeyri-sabit olar.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib.

“Bu kontekstdə Ukraynanın Macarıstanı neftlə təmin edən və ölkəmizin enerji təhlükəsizliyində əsas rol oynayan "Drujba" neft kəmərinə son hücumu xüsusilə qəzəb doğurur”, - Siyarto bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrin məlumatına görə, Ukrayna PUA-ları Bryansk vilayətində “Transneft Drujba” boru kəmərinin neft nasos stansiyasına zərbələr endirib.

Seçilən
13
3
axar.az

4Mənbələr