
Ukrayna pilotsuz təyyarələri Volqoqradda neft emalı zavoduna hücum edib və hücumdan sonra yanğın baş verib.
Reyting.az-ın məlumatına görə, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov dronların kütləvi şəkildə hücum etdiyini bildirib.
“Volqoqrad neft emalı zavodundakı dağıntılar nəticəsində neft məhsulları ətrafa dağılıb və alovlanıb”, - mer əlavə edib.
Yerli hava limanı dron hücumu ilə əlaqədar bağlanıb.
Qeyd edək ki, Ukrayna pilotsuz təyyarələri artıq ikinci gecədir Volqoqrada hücum edir.
V. QULİYEV