13 avqust 2025-ci il tatixdə "Qəbələ Yazarlarına Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn "Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması" layihəsi üzrə növbəti təlimini keçirib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə keçirilən təlimdə 16 nəfər yaradıcı gənc iştirak edib.
Təlimçi Babayev Fəxrəddin təlimin mövzusunu- "Ədəbi növlər: epik, lirik, dramatik növlər" mövzusunu elan etdikdən sonra mövzu ətrafında geniş məlumat verib, hər bir janr haqqında ayrıca danışaraq iştirakçıları məlumatlandırıb. Keçirilən təlim zamanı yaradıcı gənclərin bu sahədəki biliklərinin artırılması üçün on ların suallarını cavablandırıb, onlara yaradıcılıq yolunda uğurlar arzulayıb.
Təlimin sonunda çay-kofe fasiləsi zamanı gənc yazarlar öz əsərlərindən və tanınmış şairlərin əsərlərindən nümunələr səsləndiriblər.