Bakupost saytına istinadən ain.az xəbər verir.
Məşhur aktyor Kristian Beyl 22 milyon dollara Kaliforniyada, Palmdeyl ərazisində yetim uşaqlar üçün xüsusi kənd tikdirib. ABŞ mətbuatı onun bu hərəkətini “real həyatda Betmen kimi davranmaq” adlandırır.
ABŞ-da yetim qalmış uşaqları yaşamaq üçün ailələrə göndərirlər. “Foster child” adlanan bu uşaqlar yetkinlik yaşına çatana qədər düşdüyü ailədə yaşayır, amma rəsmən övladlığa qəbul edilmir. Yetim qalmış bacı-qardaşlar ayrı-ayrı ailələrə düşürlər. Statistikaya görə, onların 75 faizi daha heç vaxt bir-birini görmür.
Bu statistika “Oskar” laureatını həmişə narahat edirmiş. Nəhayət, 16 ildən sonra aktyor arzusunu həyata keçirib və yetim qalmış bacı-qardaşların birlikdə böyümələrini təmin edəcək sosial layihəni həyata keçirib. O, hər biri 6 ailənin yaşaması üçün nəzərdə tutulan 12 ev tikib. Evlər 2025-ci ilin sonu – 2026-ci ilin əvvəlində istifadəyə veriləcəklər.
Aktyorun özünün bir oğlu, bir qızı var. O deyir ki, 2005-ci ildə qızı Emmelin dünyaya gələndən sonra yetim uşaqların taleyi onu daha çox narahat etməyə başlayıb. Çünki aktyor həmişə düşünürmüş ki, əgər başına bir iş gəlsə, övladlarının taleyi necə olacaq, onlar bir yerdə qala biləcəklərmi? Bu fikirlər onun yetim qalmış uşaqlar üçün kiçik bir kənd tikməsinə gətirib çıxarıb.
Həqiqətən də Betmenə layiq hərəkətdir!
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.