PSJ-nin hücumçusu Usman Dembele UEFA Superkuboku uğrunda görüşdə "Tottenhem" üzərində qələbədən (2:2, pen. - 4:3) sonra açıqlama verib.
Operativ Media xəbər verir ki, Paris komandasının 2025-ci ildə Avropanın ən yaxşısı olduğunu qeyd edib.
"PSJ hələ Çempionlar Liqası uğrunda mübarizə apararkən və matçdan matça irəliləyərkən, xüsusən də Avropanın ən yaxşı komandalarından biri olan "Liverpul"u məğlub etdiyimiz 1/8 finaldan sonra özümüzə deyirdik ki, hər şey mümkündür. 1/4 final, yarımfinal, final. 2025-ci ildə biz Avropanın ən yaxşı komandasıyıq".
2025-ci ildə PSJ UEFA Super Kubokunu, Çempionlar Liqasını, Liqa 1-i, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb.